makaleler
Perşembe , 19 Ekim 2017
HABERLER

Azerbaycan Devlet İktisat Üniversitesi

Untitled-1

Devizimiz

“Elmdə və təhsildə yüksək keyfiyyət”
Missiyamız

Müasir innovativ sistemlərə əsaslanaraq yüksək ixtisaslı iqtisadçı və menecerlərin hazırlanması, fundamental və tətbiqi elmi tədqiqatların aparılması, “Azərbaycanda biliklər iqtisadiyyatı”nın inkişafına və sosial-iqtisadi tərəqqiyə töhfə verilməsidir.
Universitet haqqında qısa informasiya

1930-cu ildə əsası qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biridir. ADİU-da 11 fakültə fəaliyyət göstərir, 21 ixtisas üzrə 16 mindən çox tələbə və magistrantlar təhsil alır, mindən çox müəllim, o cümlədən sıralarında Milli Elmlər Akademiyasının, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvləri, Dövlət Mükafatı laureatları, əməkdar müəllim və elm xadimlərinin olduğu 120 professor, 600 dosent çalışır. İqtisad Universiteti mövcudluğunun bütün dövrlərində 100 minə yaxın müxtəlif profilli iqtisadçı hazırlamışdır. ADİU Avropa Universitetləri Assosiasiyası, İslam Ölkələrinin Universitetləri Federasiyası, Avrasiya Ölkələrinin Universitetləri Assosiasiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin Universitetləri Şurasının tam hüquqlu üzvüdür. Azərbaycan Dövlət İqtisad Universiteti Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının “UNCTAD” Virtual İnstitutunun üzvüdür. Azərbaycan Dövlət İqtisad Universitetində Dünya Bankının İctimai İnformasiya Mərkəzi, Ümumdünya Ticarət Təşkilatının İstinad Mərkəzi fəaliyyət göstərir. İqtisad Universitetinin xarici əlaqələrinin keyfiyyətcə genişləndirilməsi strategiyasına bir neçə vektorlar daxildir: Boloniya prosesi çərçivəsində Avropanın aparıcı ali məktəbləri ilə əməkdaşlığın genişləndirilməsi, Monpelye (Fransa) Universiteti ilə TEMPUS layihəsinin, Maastrixt Universitetinin iqtisad məktəbi ilə TASİS layihəsinin hazırlanması və reallaşdırılması, İstanbul Universiteti ilə birgə «Türk dünyası işlətmə» fakültəsinin açılması, İndiana (ABŞ) Universiteti ilə birgə Cənubi Qafqazda yeganə distant təhsil mərkəzinin yaradılması, Harvard biznes məktəbinin tədris proqramı üzrə ingilis dilli «Xüsusi İstedadlar Qrupu» bölməsinin yaradılması, Hyuston Universiteti ilə tələbə mübadiləsi üzrə layihənin reallaşdırılması. İqtisad Universitetində Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universiteti ilə birgə MBA (Master Business Administration) magistr hazırlığı proqramı fəaliyyət göstərir. ADİU-da dünyanın 12 ölkəsindən olan 850-dən çox tələbə və magistrantlar təhsil alır.
Bizim strategiyamız

Əsas strateji hədəfimiz Azərbaycan Dövlət İqtisad Universitetini elmi-innovasiya universitetinə çevirməkdir.
Təhsildə:

tədrisin Boloniya prosesinin tələblərinə və müvafiq Avropa standartlarına uyğunlaşdırılması;
ən müasir təhsil texnologiyalarına əsaslanan iqtisadi təhsil modelinin formalaşdırılması prosesinin başa çatdırılması;
beynəlxalq akkreditasiya prosesinin tamamlanması;
beynəlxalq təhsil xidmətləri bazarında iştirakın daha da genişləndirilməsi;
tələbələrin bilik səviyyəsinin qiymətləndirilməsi üzrə reytinq sisteminin yaradılması;
təhsil proqramlarının AKTS əsasında reallaşdırılıması;
yeni təhsil məhsullarının yaradılması;
təhsil prosesinin təşkilində modul (asinxron) sisteminin tətbiq edilməsi.

Elmdə:

Azərbaycan Dövlət İqtisad Universitetinin elmi-ekspert və konsaltinq mərkəzinə çevrilməsi;
ixtisaslaşdırılmış elmi-tədqiqat institutlarının təşkil edilməsi;
elmi-tədqiqatların praqmatikliyini yüksəltmək məqsədilə onların sifarişli əsasda aparılması formasına keçidin başa çatdırılması;
dünya iqtisad elminin inkişafına töhvə verə biləcək elmi-nəzəri məktəblərin təşkil edilməsi;
elmi-tədqiqat prosesinin keyfiyyətinə yeni nəzarət sisteminin formalaşdırılması.

Mükafatlar

1. Beynəlxalq Reytinq texnologiyaları Akademiyası (Ukrayna, Kiyev) tərəfindən «Qızıl Fortuna» XXI əsrin keyfiyyət planı, 2006.
2. Elmin inkişafına və milli kadrların hazırlanmasında töhfəsinə görə “UĞUR” Milli mükafatı, 2006.
3. Avropanın tanınmış universitetləri arasında aparılan sorğu nəticəsində Avropa Biznes Assambleyası, Avropa universitetləri, Avropa Rektorlar Klubu və Oksford Universiteti tərəfindən təsis olunmuş “Avropa Keyfiyyəti” mükafatı, 2007.
4. «İlin Universiteti» Milli mükafatı, 2007.
5. «İNTELLEKT-2007» ilin layihəsi mükafatı (ADİU-da informasiya-kitabxana mərkəzi layihəsi), 2007.
6. «Türk dünyasına və türk mədəniyyətinə xidmət» mükafatı, 2008.
7. Beynəlxalq Kadr Akademiyasının (Ukrayna) Qızıl medalı, 2009.
8. Azərbaycanın iqtisadi və sosial inkişafına göstərdiyi xidmətlərinə görə «Vətən övladı» və «Dədə Qorqud» medalı (Dədə Qorqud Fondunun Ali Şurası tərəfındən), 2009.
9. Peşəkar fəaliyyətdə qabaqcıl və müasir təhsil texnologiyalarının hazırlanması və səmərəli istifadə edilməsinə, təhsildə innovasiyaların sürətlə və çevik tətbiq edilməsinə görə «XXI yüzilliyin lideri» Beynəlxalq imic Proqramının «Minilliyin mükafatı» diplomu, kuboku və ordeni, 2010.

Yazar Biyografisi

Cevapla

E-posta adresiniz yayınlanmayacak. Required fields are marked *

*